Adriana Lima necə arıqlayır?

İki uşaq anası, məşhur model Adriana Lima formada qalmaq üçün etdiklərindən danışıb.

Metbuat.az xəbər verir ki, Brazilyalı model protein pəhrizi və idmanla formada qaldığını deyib. O, çörəkdən uzaq durduğunu və hər gün 3 litr su içdiyini söyləyib. Adriana Lima saxladığı pəhriz menyusunu da açıqlayıb:

Səhər yeməyi

Brokoli, ispanaq və yulaflı yumurta

Günorta

Buxarda bişirilmiş tərəvəzlər, balıq

Axşam

Yağsız ət və tərəvəz

Ara pay olaraq yerkökü və böyürtkən

Adriana Lima deyib ki, “Nə yediyinizə diqqət etməlisiniz. Proteinin yanında mütləq bir parça karbohidrat almalısınız".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR