Premyer Liqada XXIII turun oyunlarının vaxtı açıqlandı

Premyer Liqada XXIII turun oyunlarının vaxtı açıqlandı
12:12 15 Mart 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında XXIII turun oyun cədvəli açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, millinin oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son tur martın 18-19-da baş tutacaq.
 
Turun "Neftçi" və "İnter" arasında mərkəzi oyun turun ilk günü baş tutacaq. Qarşılaşma qeyri-adi vaxtda - 19:37-də start götürəcək. Bu da "Neftçi"nin 1937-ci il martın 18-də yaranması ilə bağlıdı. Paytaxt derbisi 80 illiyə təsadüf etdiyindən matç bu saatda start götürəcək.
 
Həftənin son matçında isə ötən mövsümün mükafatçıları qarşılaşacaq. Martın 19-da keçiriləcək "Zirə" - "Qarabağ" matçı 18:30-da başlayacaq.
 
Qeyd edək ki, bütün oyunlar "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
 
XXIII tur
18 mart (şənbə)
 
16:00. "Kəpəz" - "Sumqayıt"
Gəncə şəhər stadionu
 
19:37. "Neftçi" - "İnter"
8-ci km qəsəbə stadionu
 
19 mart (bazar)
 
15:30. AZAL - "Qəbələ"
"AZAL Arena"
 
18:30. "Zirə" - "Qarabağ"
Zirə İdman Kompleksinin stadionu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR