Sabah ölkə ərazisində hava yağmurlu olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunuin gecə 3-6° isti, gündüz 9-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz
arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR