Məşhur şoumen beşinci dəfə ailə həyatı qurdu

Türkiyədə 90-cı illərin məşhur şoumeni sayılan Cem Özer beşinci dəfə ailə həyatı qurub.

Metbuat.az bildirir ki, o, uzun müddətdir eşq münasibətləri yaşadığı ssenarist Pınar Dura ilə evlənib.

Xatırladaq ki, Özer ilk evliliyini 1984-cü ildə Sebla Pekcanla reallaşdırıb. 1989-cu ildə ikinci dəfə nikah kürsüsünə əyləşən şoumen, bu dəfə Selin Dilmənlə ailə həyatı qurub. Bu evlilik də çox çəkməyib. 1994-cü ildə Esin Maraşlıoğlu ilə ailə quran Özer, növbəti dəfə münasibətlərini 2004-cü ildə Nurgül Yeşilçayla rəsmiləşdirib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR