Rusiya və ABŞ-ın gizli torpaq ANLAŞMASI ÜZƏ ÇIXDI - FOTO

Rusiya və ABŞ-ın gizli torpaq ANLAŞMASI ÜZƏ ÇIXDI - FOTO
12:13 15 Mart 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

150 il bundan qabaq Vaşinqtonda Rusiyanın Alyaskanı Amerikaya satması ilə bağlı anlaşma imzalanıb. Bu satış niyə həyata keçirildi və buna necə yanaşmaq məsələsi hələ də qızğın mübahisə mövzusudur.

Publika.az Rus tarixçilərinin qənaətini diqqətinizə çatdırır.

Alyaska kimi Sakit Okean regionunda strateji mövqe tutan və yeraltı sərvətlərlə zəngin bir ərazinin ABŞ-a satılması hələ çox gərgin müzakirələrə səbəb olacaq. Satış sənədlə iki ölkə arasında aparılsa da əslində pərdə arxasında İngiltərə, Fransa və İspaniya kimi böyük oyunçular gizlənirdi. Lakin o da var ki, satışdan əldə olunan gəlirlə Rusiya imperiyası Ryazan vilayətində o zaman üçün əhəmiyyətli nəqliyyat sayılan dəmir yolu xəttini çəkdirdi. Bundan başqa 1866-cı ildə baş tutmuş satışdan 1880-cı ilə qədər Rusiya pul almağa davam edirdi. Alyaskada fəaliyyət göstərən Rus-Amerikan şirkəti isə hələ başlanğıcda imperatriça II Yekaterinaya haqlı olmadığı, bu satışdan Amerikanın daha qazanclı çıxacağını bildirmişdi. Lakin imperatriçanın başı həmin vaxtlarda daha vacib hesab etdiyi əraziyə qarışmışdı – Krıma!

Alyaskanın taleyi məşhur bir məktubla həll olunmuşdu. İmperator II Aleksandrın qardaşı knyaz Konstantin Nikolayeviç o zamanın xarici işlər naziri Aleksandrın Qorçakova yazmışdı ki, Alyaska Amerikaya güzəşt edilməlidir və bunun Rusiya üçün çox faydalı olacağını əminliklə vurğulayırdı. Qeyd edirdi ki, Alyaska Rusiya İmperiyasından çox uzaqda yerləşir. Əgər nəsə hərbi çevriliş baş versə, imperiya ora müdaxilə etməkdə çətinlik çəkəcək. Maraqlıdır ki, Alyaska bu məktubdan düz 10 il sonra satılıb, üstəlik satış Rus-Amerikan şirkətindən gizli olaraq həyata keçirilmişdi. Nəinki şirkətdən, həm də daxili işlər nazirliyi və müdafiə nazirliyindən də gizlədilmişdi. İctimaiyyət isə bu xəbəri qəzetlərdən öyrənmişdi.

Tarixçilər hesab edirdi ki, buna səbəb Romanovlar sülaləsinin Amerikaya xüsusi simpatiyası idi ki, qarşı tərəf də bundan məharətlə yararlana bilmişdi.

İndi isə Rusiya için-için yanmaqla qalıb. Məsələ tarixçilər və siyasətçilər tərəfindən dəfələrlə masaya çıxarılıb. 1997-ci ildə Böyük Britaniya Honkonqu Çinə geri qaytarandan sonra isə ruslar da həvəsə düşüb Alyaskanı geri istəməyi xəyal etdilər. 2014-cü ildə Krım Rusiyaya birləşdiriləndən sonra daha da həvəslənmişdilər. Prezident Putinin cavabı isə həmişəki kimi soyuqqanlı olmuşdu: “Nəyimizə lazımdı “rus Amerikası”? Qızışmayın!”

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/191431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR