Bakıda avtobuslar üçün xüsusi hərəkət zolaqları çəkilir

Bakıda avtobuslar üçün xüsusi hərəkət zolaqları çəkilir
12:22 15 Mart 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatdan istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı şəhərinin küçə və prospektlərində yalnız sərnişin avtobuslarının hərəkət etməsi üçün xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, xətlənmə işləri ilkin mərhələdə paytaxtın 9 küçə və prospektində aparılacaq. "Artıq Füzuli küçəsində xüsusi hərəkət zolağının çəkilişinə başlanılıb. Xüsusi hərəkət zolaqları yalnız sərnişin avtobuslarının hərəkəti üçün nəzərdə tutulub. Digər nəqliyyat vasitələrinin bu hərəkət zolaqlarından istifadəsi qadağandır. Bu zolaqlarda avtomobillərin park edilməsi də qadağandır. Zolaq boyunca yerləşən yaşayış məntəqələrində yaşayan sakinlər üçün xüsusi nişanlar qoyulacaq ki, həmin yerlərdən sakinlər məhəllələrinə daxil ola biləcəklər", - deyə qurumun sözçüsü bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR