Qlobal planşet bazarı 5 il əvvəlki vəziyyətə geri qayıdıb

Qlobal planşet bazarı 5 il əvvəlki vəziyyətə geri qayıdıb
12:35 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

“Digitimes Research” analitik şirkətinin məlumatına görə, qlobal planşet kompüter bazarının həcmi son 5 ildə ən aşağı qeydə alınıb.

Analitiklərin proqnozuna görə, 2017-ci ilin yanvar-martında planşetlərin tədarük həcmi 39,03 milyon təşkil edəcək. Sonuncu dəfə planşet bazarının rüblük həcmi 2012-ci ilin ikinci rübündə 40 milyondan aşağı olub.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin məlumatına görə, 2017-ci ilin ilk üç ayında rüblük və illik hesablamalar üzrə planşetlərin satış həcminin azalması ötən ilin müvafiq dövrü ilə müqayisədə güclü olmayacaq.

“Digitimes Research” şirkətinin hesablamalarına əsasən, 2016-cı ildə planşet kompüterlərin qlobal tədarük həcmi 183 milyon olub. “TrendForce” analitik şirkəti həminki dövrdə planşet bazarını 157,4 milyon həcmində qeydə alıb və 2017-ci ildə tədarük həcminin 6,1% azalmasını proqnozlaşdırır.
“TrendForce” böyük ölçülü smartfonların artan populyarlığını və maye kristal panellərin defisitini mənfi amillər qismində göstərir.
 
“Strategy Analytics” analitik şirkətinin məlumatına əsasən, planşet bazarında “Android” mobil əməliyyat sistemi liderdir. Ekspertlərin hesablamasına görə, 2016-cı ilin oktyabr-dekabrında brend istehsalçılar ümumilikdə “Google”un mobil platforması ilə işləyən 40,3 milyon planşet tədarük ediblər.

“iOS” sisteminin bazar payı 21%, “Windows”un payı isə 16%-dir.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46659-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR