Türkiyənin məşhur cütlüyü səsi ilə məst etdi - VİDEO

Türkiyənin məşhur cütlüyü səsi ilə məst etdi - VİDEO
13:18 15 Mart 2017
234 Şou
Ölkə mətbuatı
A- A+

Kanal D-də yayımlanan "Vətənim Sənsən" serialının dünən axşam motivasiya gecəsi keçirilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, restorana girməzdən öncə baş rol qəhrəmanları - Halit Ergenç ilə Bərgüzar Korel sualları cavablandırıb. Cütlük "Belə bir gecəyə ehtiyacımız vardı. Hər kəs çox yorulub, zəhmət çəkib", - deyə bildirib.

Ergençin həyat yoldaşı üçün maşının qapısını açması və enməsini gözləməsi diqqətdən qaçmayıb.

Gecədə Bərgüzar Korellə Halit Ergenç səhnəyə çıxıb. Aktrisa Sezen Aksunun “Kaybolan yıllar” mahnısını səsləndirib. Aktyor isə “Seni uzakdan sevmek aşkların en güzeli” mahnısını oxuyub. Cütlüyün ifaları alqışlarla qarşılanıb.

Aytən







Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/191440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR