Xumar Zaurla küsülü imiş: "Bir il məni danışdırmadı"

Xumar Zaurla küsülü imiş: "Bir il məni danışdırmadı"
13:22 15 Mart 2017
458 Şou
Ölkə mətbuatı
A- A+

"Xəzər" TV-də yayımlanan "5/5" verilişinin bayram buraxılışının qonağı əməkdar artist Xumar Qədimova olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqramın aparıcısı Zaur Kamal X.Qədimovanın bir il onla küsülü qaldığını açıqlayıb:

"Özü də küsdüsə, qurtardı. Oğul ona deyirəm, nazını çəkə bilsin. Xumar xanım iki böyük sənətkarımız - Rövşən Behcət və Kamandar İbrahimovu mənə tanıdıb sevdirdi. Məndən rica etdi ki, onları "Ay Zaur" verilişinə çəkib işıqlandırım. Çəkiliş zamanı Kamandar müəllimin oğlu da ifa etdi. Xumar xanım dedi ki, həmin ifanı saxla, mənimkini çıxart. Mən isə əksini etdim. Onun ifasını kəsib, Xumar xanımı saxladım. Bax, bu səbəbdən məndən küsdü. Hansı müğənni bunu edər?"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/526375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR