Türkiyə Rusiyadan yeni raketlər alır

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən həftə Kremldə baş tutan görüşünün yeni təfərrüatları məlum olub.

Metbuat.az bildirir ki, görüşdə Rusiyanın Türkiyəyə S-400 raket havadan müdafiə sistemi göndərəcəyi müzakirə edilib. Rusiya hökumət dairələrindən verilən məlumata görə, artıq bu mövzuda anlaşma əldə olunub. Türkiyə ordusu S-400-lərlə təchiz ediləcək.

Xatırladaq ki, S-400-lər üçün Rusiya ilə müqavilə bağlayan ilk ölkələr Çin və Hindistan hesab olunur.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR