Abid Şərifov Zabratda subasma problemindən danışdı: "Qərar qəbul olunub"

Abid Şərifov Zabratda subasma problemindən danışdı: "Qərar qəbul olunub"
13:42 15 Mart 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Zabratda subasma problemi ilə bağlı qərar qəbul olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Baş nazirinin müavini Abid Şərifov deyib.

A.Şərifov bunun ciddi məsələ olduğunu qeyd edib: "Subasma Məhəmmədi qəsəbəsinə gedən yol boyunca müşahidə olunur. Bunun nəticəsində Zabratdakı qəbiristanlıq da su altında qalır. Bu məsələ üzərində "Azərsu" və Ekologiya və Təbii Sərvətlər Nazirliyi çalışır".

Baş nazirin müavini əlavə edib ki, Nazirlər Kabinetinin tapşırığı ilə qiymətləndirmə aparılıb: "Hesab edirəm ki, yaxın zamanlarda "Azərsu" tərəfindən bu istiqamətdə işlər başlayacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR