İlkin məlumata görə, 1729 ailənin 1-ci mikrorayonda tikiləcək yeni mənzillərə köçürülməsi nəzərdə tutulub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. Onun sözlərinə görə, yeni tikiləcək binaların sayı 30-u keçməyəcək və binalar 1-2 bloklu olacaq.
E.Əsədov qeyd edib ki, tikinti işləri 29 hektar ərazini əhatə edəcək, ərazidəki yeni binalar isə sökülməyəcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində