Ermənistan seçkilərə müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib

Ermənistan seçkilərə müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib
13:57 15 Mart 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan aprelin 2-də keçiriləcək parlament seçkilərini izləməyə müşahidə missiyası göndərmək üçün Azərbaycana müraciət edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ermənistanda keçiriləcək parlament seçkilərini izləmək məqsədilə müşahidə missiyası göndərilməsi üçün baş nazir Karen Karapetyanın imzası ilə MDB üzvü olan bütün ölkələrə məktub ünvanlanıb.
 
Bu barədə İrəvanda jurnalistlərə açıqlamasında məlumat verən MDB İcraiyyə Komitəsi sədrinin müavini Viktor Quminski bildirib ki, dəvət bütün üzv ölkələrə göndərilsə də, yalnız Rusiya, Türkmənistan, Qazaxıstan, Ukrayna və Belarus dəvəti müsbət cavablandırıb.
 
Həmin ölkələrdən ümumilikdə 76 müşahidəçi Ermənistanda parlament seçkilərini izləyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR