“Windows Vista” sisteminin dəstəyi dayandırılacaq

“Windows Vista” sisteminin dəstəyi dayandırılacaq
14:35 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Windows Vista" əməliyyat sisteminin rəsmi dəstəyinin dayandırılmasına bir aydan az qalır. Bu haqda "Microsoft"un saytına istinadən "PCWorld" nəşri yazıb.

11 aprel 2017-ci ildən sonra "Windows Vista" sistemi üçün heç bir yeniləmə (həmçinin təhlükəsizlik üçün çox mühüm) çıxarılmayacaq və platformanın genişləndirilmiş dəstəyi dayandırılacaq.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "NetMarketShare" analitik xidmətinin 2017-ci ilin fevralına olan məlumatına görə, masaüstü və noutbuklar üçün qlobal ƏS-i bazarında "Windows Vista"nın bazar payı 1%-dən az təşkil edir. "Microsoft" şirkətinin statistikasına əsasən, dünyada təxminən 1,5 milyard fərdi kompüter "Windows"un müxtəlif versiyaları ilə işləyir. Beləliklə, 15 milyon kompüter "Vista" sisteminin idarəetməsi altında işləyir.

2007-ci ilin əvvəlində istifadəyə verilmiş "Windows Vista" sistemi "Microsoft" şirkətinin ən çox tənqid edilən əməliyyat sistemlərindən biri olub. Məsələn, istifadəçilər söz verilmiş funksiyaların yoxluğu, bəzi drayverlərin natamamlığından şikayətlənmişdilər.

Proqram nəhəngi bu əməliyyat sistemini ən təhlükəsiz sistem kimi qələmə vermişdi. Bu kompüter proqram platformasının əsas dəstəyi 2012-ci ilin aprelində dayandırılıb.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46665-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR