"Bu oyunun bir yuxu olduğunu düşünmək istəyirəm"

"Bu oyunun bir yuxu olduğunu düşünmək istəyirəm"
14:37 15 Mart 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

"Sevilya"nın baş məşqçisi Xorxe Sampaoli komandanın iki oyunun nəticəsinə görə "Lester"ə uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəsis bunları deyib:

"Komanda sona qədər döyüşdü. Futbolçularla fəxr edirəm. Azlıqda oynasaq da, penalti qazandıq və hücumda qol axtardıq. Birinci oyundakı kimi üstünlük "Sevilya"nın tərəfində idi. Amma hücumları başa vurmaqda stabillik çatışmadı. Futbol kiçik detallardan asılıdır. Bu baxımdan zəif olduq. Gələcəkdə harda olacağımı bilmirəm. İndi ancaq bu oyunun bir yuxu olduğunu düşünmək istəyirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR