"Biz nə bilək ki, oyun qumara qoyulacaq" - Rövnəq Abdullayev

"Biz nə bilək ki, oyun qumara qoyulacaq" - Rövnəq Abdullayev
14:52 15 Mart 2017
192 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 10-da Azərbaycan I divizionunda XIX turu çərçivəsində keçirilən və 3:3 hesabı ilə başa çatan "Göyəzən" - "Şərurspor" matçının nəticəsinin şübhəli olduğu ilə bağlı xəbərlər yayılmışdı.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq həmin qarşılaşmanın nəticəsinin əvvəlcədən razılaşdırıldığı rəsmən təsdiqlənib. Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev hesabat seçki konfransında deyib: "Bəli martın 10-da keçirilən "Göyəzən" - "Şərurspor" matçı satılıb. Biz hardan bilə bilərdik ki, Qazaxda keçirilən oyun qumara qoyulacaq. Məsələ ilə bağlı ciddi tədbirlər görəcəyik".

Abdullayev qarşılaşmanın qumara qoyulması ilə bağlı UEFA-dan məktub alqıqlarını və müvafiq tədbirlər görəcəklərini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR