1-ci mikrorayonda 30-35 mərtəbəli yaşayış binaları tikiləcək

1-ci mikrorayonda 30-35 mərtəbəli yaşayış binaları tikiləcək
14:57 15 Mart 2017
239 Ölkə
Ölkə mətbuatı
A- A+

Gələcəkdə Bakının 1-ci mikrorayonunda 30 və 35 mərtəbəli yaşayış binaları tikiləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov keçirdiyi mətbuat konfransında deyib.

E.Əsədov qeyd edib ki, Bakının "Xruşşovka" kimi tanınan yaşayış binalarının söküləcəyi 1-ci mikrorayonunda 20 mərtəbəli binaların inşasından sonra növbəti mərhələlərdə 30 və 35 mərtəbəli yaşayış binalarının da inşası nəzərdə tutulur:

"Bu proses növbəti mərhələlərdə həyata keçiriləcək. Yaşayış binalarında mənzillərin qiymətləri nisbətən aşağı nəzərdə tutulub ki, əhali həmin binalardan mənzil ala bilsin. Binaların tikintisi üçün şirkətlər arasında tender elan ediləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR