Pul qazanmaq üçün övladlarını maşınların önünə atırlar

Çində müşahidə kameralarına dəşhətli görüntülər lentə alınıb.

Metbuat.az-ın məlumatına görə, valideynlər pul qazanmaq üçün övladlarının həyatını təhlükəyə atmaqdan belə çəkinmirlər. Qız övladlarını avtomobilin qarşısına atan ana və ata daha sonra uşağın xəsarət aldığını iddia edərək sürücülərdən pul tələb edirlər. Onlar pul verməyən sürücüləri polisə şikayət etməklə təhdid edirlər.

Məlumata görə, Çində bu üsulla pul qazananların sayı kifayət qədərdir.

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR