Aydın Dadaşov dəfn edildi - FOTOLAR

Aydın Dadaşov dəfn edildi - FOTOLAR
15:33 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

Əməkdar İncəsənət xadimi, Dövlət mükafatı laureatı, tanınmış kinoşünas, ssenarist, rejissor Aydın Dadaşov Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Azərbaycanfilm kinostudiyasının rəhbəri Müşfiq Hətəmov, Xamis Muradov, Azər Quliyev və başqaları iştirak ediblər.

Xalq artisti Elxan Qasımov Aydın Dadaşovun vəfatının Azərbaycan kinosu üçün böyük itki olduğunu deyib.

Professor Aqşin Babayev Aydın Dadaşovun yaradıcılığından danışaraq onun kino ilə əlaqədar hazırladığı kitabların əvəzsiz olduğunu bildirib. O, həmin kitabların hələ neçə illər tələbələrlə bərabər alimlərin də stolüstü kitabı olacağını bildirib.

Aydın Dadaşov ürək tutmasından dünyasını dəyişib.(teleqraf)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/191466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR