Şamaxıda qaçırılan qadın yol polisindən kömək istədi - TƏFƏRRÜAT

Şamaxıda qaçırılan qadın yol polisindən kömək istədi - TƏFƏRRÜAT
15:38 15 Mart 2017
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 14-də saat 9 radələrində Şamaxı şəhəri ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Bilal Abdullayev idarə etdiyi “KİA” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə həmin ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu zaman avtomobildəki sərnişin, Bakı şəhər sakini olan qadın N.İ. polis əməkdaşına sürücü tərəfindən zorla aparıldığını bildirib.

Bilal Abdullayev avtomobillə hadisə yerindən qaçıb.

Dərhal görülmüş tədbirlərlə avtomobil şəhər ərazisində saxlanılıb, polis əməkdaşlarına müqavimət göstərməsinə baxmayaraq, sürücü zərərsizləşdirilərək Şamaxı rayon polis şöbəsinə gətirilib.

Bilal Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilin Bakı şəhər sakini Əşrəf Seyidzadəyə məxsus olduğu və bu nəqliyyat vasitəsini həmin gün saat 1 radələrində paytaxtın Yasamal rayonu ərazisində usta işlədiyi təmir sexindən qaçırdığı da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR