"Prezident olanda sizi güllələyəcəyəm" - Jirinovski

"Prezident olanda sizi güllələyəcəyəm" - Jirinovski
16:05 15 Mart 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovski prezident olacağı təqdirdə rəqiblərini güllələyəcəyini bəyan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o, Dövlət Dumasında çıxışı zamanı Moskva vilayətinin Ruza şəhərində partiyasının deputatlarına təzyiq edilməsinə etiraz edib: "Təzyiq nəticəsində deputatlar qorxublar və adlarını seçkiqabağı siyahıdan çıxarmaq məcburiyyətində qalıblar. Bəzi deputatlar Moskva vilayət rəhbərliyini dəstəkləyirlər. Gələn ilin martında seçkilərdən sonra Kremlə çıxanda sizi güllələyəcəyəm və asacağam, yaramazlar və əclaflar".
 
Daha sonra partiyanın parlament fraksiyası tam tərkibdə zalı tərk edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR