"Bavariya"nın yoldaşlıq oyunları keçirəcəyi klublar bilindi

"Bavariya"nın yoldaşlıq oyunları keçirəcəyi klublar bilindi
16:12 15 Mart 2017
124 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın 2017-ci ilin yayı üçün yoldaşlıq oyunları keçirəcəyi klublar müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi 19-27 iyulda 4 klubla qüvvəsini sınayacaq. Ən diqqətçəkən qarşılaşma Bundesliqa çempionunun "Arsenal"la dueli olacaq. Belə ki, Çempionlar Liqasının 1/8 final mərhələsində münhenlilər bu komandanı ümumi hesabda 10:2 məğlub etmişdilər. Mövsümöncəsi hazırlıq dövründə "Bavariya" Çin və Sinqapura gedəcək. "Bayern" nümayəndələri Çində 135 milyon klub azarkeşinin olmasını nəzərə alıb.  

Hazırlıq oyunları:

19 iyul - "Arsenal"

22 iyul - "Milan"

25 iyul - "Çelsi"

27 iyul - "İnter"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR