Ədalət Sarayında PARTLAYIŞ - 25 ölü

Ədalət Sarayında PARTLAYIŞ - 25 ölü
16:28 15 Mart 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın paytaxtı Dəməşqdə Ədalət Sarayının binasında partlayış törədilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Suriya Ədliyyə Nazirliyi hadisə nəticəsində ən azı 10 nəfərin öldüyünü açıqlayıb.

SANA agentliyi isə 25 nəfərin həlak olduğunu xəbər verib.

“İlkin məlumatlara görə, Ədalət Sarayının binasında partlayış 25 insanın həyatına son qoyub”, - Dəməşqin polisindəki yüksək vəzifəli mənbə agentliyə bildirib.

Yerli KİV-in məlumatına görə, partlayış polis tərəfindən binanın girişində dayandırılan kamikadze tərəfindən təşkil edilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR