Putinlə Sarkisyan görüşdü – Qarabağdan xəbər yoxdur

Putinlə Sarkisyan görüşdü – Qarabağdan xəbər yoxdur
16:43 15 Mart 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla Vladimir Putin arasında görüş olub.

Publika.az
xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, görüşdə ikitərəfli münasibətlər, Avrasiya məkanına qarşılıqlı inteqrasiyanın inkişaf perspektivləri və digər məsələlər müzakirə edilib.

Vladimir Putin bildirib ki, Rusiya-Ermənistan arasında münasibətlərin ittifaq xarakterini daşıdığını deyib: “Biz beynəlxalq təşkilatlarda bütün istiqamətlər üzrə birgə hərəkət edirik. Rusiya-Ermənistan münasibətlərinin qurulmasından 25 il keçir. Bu illər ərzində çox hadisə oldu, lakin iki ölkə arasında münasibətlər həmişə əsrlərdən gələn dərin köklərə bağlıdır. İndiki mərhələdə də münasibətlərin inkişafı davam edir”,

Putin həmçinin, Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərinə və parlament üsul-idarəsinə keçid məsələsinə toxunub.

“Proses çətin görünür, lakin əminəm ki, sizin rəhbərliyiniz altında Ermənistan öz inkişafının bu mərhələsini də keçəcək. Biz sizə uğurlar arzu edirik”, - deyə Putin Sarkisyana söyləyib.

Serj Sarkisyan da iki ölkə arasındakı münasibətlərin inkişafından danışıb. İsti qarşılanma üçün Putinə təşəkkür edib.

Görüşdə Dağlıq Qarabağ məsələsinin müzakirə edildiyinə dair heç bir xəbər yoxdur.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR