Suriyada güclü partlayış

Suriyanın paytaxtı Şam şəhərində güclü partlayış baş verib.

Metbuat.az bildirir ki, kamikadzenin özünü partlatması nəticəsində azı 25 nəfər ölüb, onlarla yaralı var. Deyilənə görə, əsas hədəf Əl-Həmidiyə məhəlləsindəki inzibati bina olub. Ora daxil ola bilməyəcəyini anlayan kamikadze mümkün qədər binaya yaxınlaşaraq özünü partladıb.

Hadisədən sonra binadakı insanlar təxliyyə olunub.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR