ATU-da Novruz şənliyi təşkil olunub

ATU-da Novruz şənliyi təşkil olunub
17:03 15 Mart 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Texnologiya Universitetində (ATU) Novruz bayramı münasibəti ilə şənlik keçirilib. Universitet kollektivinin geniş tərkibdə iştirak etdiyi şənlik rəngarəng görüntülərlə yadda qalıb.

Əvvəlcə ATU-nun rektoru, professor Akif Süleymanov universitetin həyətində təşkil olunmuş bayram süfrələrinə baş çəkərək kollektivin üzvlərini xalqımızın qədim adət-ənənələrini min illərdir qoruyub yaşadan Novruzun gəlişi münasibətilə təbrik edib. Sonra Dizayn kafedrası tərəfindən təşkil olunan baharın gəlişinə aid əl işlərindən ibarət rəsm sərgisinə, idmançı tələbələrin çıxışlarına baxış keçirilib.

Kollektiv qarşısında çıxış edən ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, Azərbaycan xalqının ən qədim milli bayramlarından olan, əsrlərdir yaddaşlarda özünə yuva quran Novruz yalnız adət-ənənələri ilə deyil, həmçinin mili-mənəvi xüsusiyyətlərilə də xalqın ruhunda yaşayır. Novruz insana həyat verən dörd ünsürün - suyun, odun, yelin və torpağın isinməsi ilə bağlı yaranıb. Yazın gəlişi, təbiətin, bütün canlı həyatın oyanışı, gecə ilə gündüzün bərabərləşməsi ilə bağlı olan bu bayram Azərbaycan xalqının mili düşüncəsi və ruhunu özündə əks etdirir. Novruz xalqımızın milli təfəkkür tərzini, onun həyat və məişətini, adət və ənənələrini özündə yaşadan böyük bir mərasimdir.

Dədə Qorqud və Bahar qız da meydana gələrək şənlik iştirakçılarına xeyir-dua verib, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıblar. Novruzun əvəzedilməz personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonra ATU-nun rektoru, professor Akif Süleymanov Bahar qızla birgə bayram tonqalını alovlandırıb. Şənlik tonqal ətrafında mahnı və rəqslərlə davam edib. Sonda ATU-nun bir qrup əməkdaşına rəhbərlik tərəfindən bayram sovqatı təqdim olunub.







Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/191476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR