Mövsümün ən dəbli aksessuarı - FOTOLAR

Mövsümün ən dəbli aksessuarı - FOTOLAR
17:08 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

Gənclərin müasir moda proseslərinə olan hədsiz məhəbbəti və idman tərzinin aktuallığı nəticəsində yaylıqlar və ləçəklər bir müddət unuduldu. Lakin nənə qarderobunun ayrılmaz hissəsi olan baş örtükləri yaz mövsümünün ən dəbli aksessuarı olmağa iddialıdır. Bu mövsüm dizaynerlər yaylıqları yenidən dəbə gətirməyə qərar verib.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, yaz və yay kolleksiyalarının nümayişində podiumda şallar və ləçəklər çoxluq təşkil edib.

Андреа Дотти и Одри Хепберн, сразу после свадьбы в Швейцарии, январь 1969

Düzdür, italyan təsərrüfat müdirələri bu aksessuarı həmişə ehtirasla sevib. Axı yaylıqlar obrazı son dərəcə cəzbedici və qəşəng göstərir. Yeri gəlmişkən dünya şöhrətli stil ikonaları da ləçəklərə qarşı biganə olmayıb. Odri Hepbern, Bricit Bardo, Jaklin Kennedi, Merilin Manro və əlbəttə ki, kraliça II Yelizaveta sözügedən aksessuarı çox sevirdilər. Müasir stil ikonaları arasında Miraslova Duma və Ulyana Serqeyenko yaylıq pərəstişkarlarıdır.

Bir çox dizaynerin kolleksiyalarında ipək yaylıqları ənənəvi olaraq modellərin boğazına bağlanmış variantda deyil, başlarında gördük. Digər vacib məqam ondan ibarətdir ki, modellər podiuma seksual yox, kifayət qədər ciddi obrazda çıxmışdı. Buradan belə nəticəyə gəlmək olar ki, 2017-ci ilin dəbi ciddilik tələb edir.

Məsələn, “Balenciaga” moda evinin nümayişində qızlar podiuma sırıqlı kurtkalarda çıxmışdı.

“Stella Makkartni” kraliçanın üslubdan birbaşa sitat gətirərək öz ingilis variantını təklif edib: İpək dəsmal və sırıqlı palto.

Королева Елизавета Вторая, 2016. Stella McCartney осень-зима 2017

“Gucci” isə heç çəkinmədən həmişəki kimi iki dəbdəbəli trendi: yaylıq və idman sarğını birləşdirib.

“Moschino” brendinin papaq və baş örtükləri pərəstişkarı olan xuliqan dizayneri Ceremi Skott həmkarlarından fərqli olaraq klassikadan uzaqlaşmayıb.

Biz sizə bu aksessuar çox böyük diqqət yetirməyi məsləhət görürük. Yaylıq saçlarınızı qışda küləkdən, yayda istidən, yazda və payızda yağışdan, eləcə də istənilən havada sizi pis fikirlərdən qoruyacaq.

Aytən

Dəb ilahələrinin əvəzolumaz aksessuarı – FOTOLAR


































Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/191473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR