"İslam Həmrəyliyi – Zamanın çağırışı" Beynəlxalq konfransında dünya ictimaiyyətinə müraciət qəbul olunub

"İslam Həmrəyliyi – Zamanın çağırışı" Beynəlxalq konfransında dünya ictimaiyyətinə müraciət qəbul olunub
17:27 15 Mart 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq "İslam həmrəyliyi ili" elan olunması ilə bağlı bu gün Bakıda Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Belarus, Ukraynanın tanınmış dövlət, elm və din xadimləri, Azərbaycandakı dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusların nümayəndələrinin iştirakı ilə "İslam Həmrəyliyi - Zamanın çağırışı" mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarının dünya ictimaiyyətinə müraciəti qəbul olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müraciətdə bildirilir: "İslam Həmrəyliyi - Zamanın çağırışı" beynəlxalq konfransının iştirakçıları yekdil şəkildə təsbit edirlər ki, sivilizasiyalar, dinlər və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanda mövcud olan ənənələr, multikulturalizm ideyaları və dini-mədəni mühitin inkişafına göstərilən dövlət dəstəyi olduqca yüksək təqdirə layiqdir. Ölkə başçısı İlham Əliyev tərəfindən 2017-ci ilin İslam Həmrəyliyi ili elan olunması faktının özü - XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən Qlobal Çağırışdır. Bu dəvətin məqsədi islami həmrəyliyi lokal çərçivədə deyil, ümumbəşəri problemlər kontekstində geniş müzakirəyə çıxarmaqdır. Zəmanəmizin narahat gündəm yaşadığı, Şərqlə Qərbin kəskin ziddiyyətlərlə qarşılaşdığı bir dönəmdə Azərbaycan dövləti bütün dünyaya özünün sülhpərvər ruhunu, dialoq aparmaq mədəniyyətini, İslam dininin mənəvi dəyərlərini və mütərəqqi mahiyyətini bəyan edir. Bu qərar - müdrik siyasət nümunəsi, yüksək alicənablıq təzahürüdür və biz əminik ki, İslami həmrəylik ideyasının müəllifi olan dövlət rəhbəri İlham Əliyev bu çağırışı ilə öz dövrünün siyasi mütəfəkkiri adlanmağa layiqdir".

Müraciətdə qeyd edilir ki, konfrans iştirakçıları, müasir dövrdə multikulturalizm və İslam həmrəyliyi ideyalarının əhəmiyyətini vurğulayaraq, dini radikallıq, məzhəb ayrı-seçkiliyi, ksenofobiya, antisemitizm və islamofobiya təzahürlərinə qarşı dünya ictimaiyyətini, dövlət, elm və din xadimlərini birgə əməkdaşlıq etməyə, belə faktların qarşısının alınması üçün daha fəal olmağa çağırır. Konfans iştirakçıları din pərdəsi arxasında zorakılıq və vandalizm hallarını, tarixi abidələrin məhv edilməsini, müqəddəs kitabların, məbədlərin və dini atributların təhqirini, digər dini və irqi dözümsüzlük hallarını qətiyyətlə pisləyirlər. Onlar terrorizmi, onun bütün təzahürlərini, insanlara qarşı hər hansı digər zorakılıq hallarını, ekstremizmi qətiyyətlə pisləyir, terror, hərbi qarşıdurmalar, etnik təmizləmə, separatçılıq və s. kimi əməllərin qurbanları üçün dualar edir, qaçqın və məcburi köçkünlərin, miqrantların problemlərinin həllində yardımçı olmağa və mərhəmət göstərməyə çağırırlar. Konfans iştirakçıları Dünyada mövcud olan bütün münaqişələrin, o cümlədən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdar olduqlarını bəyan ediblər.

Müraciətdə daha sonra bildirilib: "Dinlərarası münasibətlərin inkişafı və tərəqqisi naminə regionun aparıcı dini liderlərinin birgə görüşlərinin təşkil olunmasını, özəlliklə bölgədə sülhün bərqərar olmasında əvəzsiz xidmətləri olan Moskva və Bütün Rusiya Patriarxı Kirill Zati-müqəddəsləri və Ümumgürcüstan Patriarxı II İliya Zati-müqəddəslərinin, eləcə də digər dini konfessiya rəhbərlərinin səmərəli təcrübəsini dəstəkləyir və gələcəkdə davam etdirilməsini arzu edirik. Biz- Beynəlxalq Konfrans iştirakçıları Azərbaycanın dövlət rəhbəri tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsini alqışlayır, bu ideyanın dünya ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, daha geniş təbliğ edilmək məqsədilə dünyanın bir çox ölkəsində və beynəlxalq qurumlarda müvafiq tədbirlər keçirilməsini və informasiya dəstəyinin təmin olunmasını vacib hesab edirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR