Burak Özçivit inkar etdi

Burak Özçivit inkar etdi
17:28 15 Mart 2017
238 Şou
Ölkə mətbuatı
A- A+

Burak Özçivit ata olmaq şansını saçlarına dəyişməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor saçlarının tökülmsəinin qarşısı almaq üçün ata olma ehtimalın azalacaq prosedur həyata keçirdiyini inkar edib.

Qeyd edək ki, dünən Türkiyə mətbuatında Özçivitin dostlarının məsləhətilə trixoloqun yayına getdiyi və müalicəyə başladığı ilə bağlı xəbərlər yayılıb. İddialara görə, aktyorun saç tökülməsinin səbəbi hormonların pozulması olub. Həkim bu müalicənin ata olmaq ehtimalını azaltdığı deyib. Aktyorunsa həkimə heç tərəddüd etmədən “Saçlarımı xilas edin, mənim üçün birinci yerdə saçlarım dayanır” cavabını verdiyi iddia edilib.

Burak Özçivit sosial şəbəkədə bununla bağlı qısa açıqlama verib: "Bu gün qəzetlərdə haqqımda yayılan informasiyalar həqiqətdən tamamilə uzaqdır. İctimaiyyətin diqqətinə çatdırıram".

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/191486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR