"İl Tabarro" Opera və Balet Teatrında

"İl Tabarro" Opera və Balet Teatrında
18:05 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

Aprelin 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən maraqlı operalarından biri olan "İl Tabarro" ("Plaş") operasının tamaşası keçiriləcək.

Opera və Balet Teatrının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu operanın ilk tamaşası 14 dekabr 1918-ci ildə Nyu-Yorkda məşhur Metropoliten-Operada baş tutmuş və tamaşa o zaman çox böyük uğur qazanmışdı. Həmin vaxtdan bir əsrə yaxın müddət keçməsinə baxmayaraq "İl Tabarro" bu gün də dünyanın qabaqcıl opera və balet teatrlarının repertuarını bəzəyir və tamaşaçılar tərəfindən çox sevilir.

Azərbaycan Opera və Balet Teatrında "İl Tabarro" ilk dəfə 2014-cü ildə almaniyalı sənətkarlar - rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrok tərəfindən səhnəyə qoyulub. Üç ildən bəri repertuarda olan operanın növbəti tamaşasının uğurlu olacağı gözlənilir. Belə ki, tamaşanı idarə etmək üçün məhz almaniyalı dirijor - Qut-İmmlinq opera sənəti festivalının bədii rəhbəri Korneliya fon Kerssenbrok dəvət olunmuş, əsas rollarda isə teatrımızın aparıcı solistləri - Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, solistlərdən Əliəhməd İbrahimov, Tural Ağasıyev, Nina Makarova, Tələt Hüseynov çıxış edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/526498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR