İK-dan 11 qərar - NƏ DƏYİŞDİ?

İK-dan 11 qərar  - NƏ DƏYİŞDİ?
18:07 15 Mart 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Bulvar otelində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra 11 qərar qəbul olunub.

 

 

 1. Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası ehtimalı ilə bağlı UEFA-dan daxil olmuş xəbərdarlıqlar barədə qərar qəbul olunması İntizam Komitəsinə tövsiyə olunsun

 

2. Vüqar Məmməd U-15 və U-16 Azərbaycan yığmalarının baş məşqçisi təyin olunsun

 

3. Mirbağır İsayev U-17 Azərbaycan yığmasının baş məşqçisi təyin olunsun

 

4. Təbriz Həsənov U-19 Azərbaycan yığmasının baş məşqçisi təyin olunsun

 

5. Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsi Nilson Dos Santos Machadoya (Biro Jade) həvalə olunsun

 

6. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək U-23 Azərbaycan yığmasının (1994-95-ci il təvəllüdlü) baş məşqçisi vəzifəsi Yaşar Vahabzadəyə həvalə olunsun

 

7. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

- Səməd Qurbanov

- Asəf Namazov

- Rafiq Mirzəyev

- Abdulla Məmmədov

- Məzahir Süleymanzadə

- Rafiq Quliyev

- Rafiq Yusubov

 

8. Hakimlər Komitəsinin tərkibi aşağıdakı şəkildə təsdiqlənsin:

- Futzal və Çimərlik futbolu üzrə komissiya: Elçin Səmədli

- Hakimlərin fiziki hazırlığı üzrə komissiya: Namiq Quliyev

- Metodiki-Tədris Komissiyası: Ceyhun Haşımov

- Təyinat Komissiyası: Kərim Ağayev

- Məsul katib: Nizami Şərifov

 

9. Hakim-İnspektorlar Komitəsinin üzvü Bəşir Əliyev komitə üzvlüyündən xaric olunsun. Şahin Cəfərov Hakim-İnspektorlar Komitəsinin üzvü təyin olunsun

 

10. AFFA-nın yanında Media Komitəsinin fəaliyyət müddəti uzadılsın

 

11. İclasda “İnter” PİK-in AFFA-nın müvəqqəti idarəçiliyinə götürülməsi ilə bağlı baş katibliyin hesabatı dinlənilib

 

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-k-dan-11-qrar-t56945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR