Maşını oğurlanan qəlyançı avtomobilini tapdı - FOTO

Maşını oğurlanan qəlyançı avtomobilini tapdı - FOTO
18:12 15 Mart 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda marketə daxil olarkən avtomobili qaçırılan şəxs maşınını özü tapıb. 

Milli.Az xəbər verir ki, avtomobilin sahibi Sadiq Hüseynov baku.ws-ə açıqlamasında maşının tapıldığını bildirib. Onun sözlərinə görə, avtomobilini oğurlayanlar maşını Xırdalanda mebel sexləri olan əraziyə qoyaraq oradan uzaqlaşıblar. Sadiq Hüseynov Azərbaycanda ən məşhur qəlyan ustalarından biridir. 

Xatırladaq ki, ötən gün 90-SS-401 dövlət qeydiyyat nömrə nişanlı "Hyundai Terracan" markalı avtomobil oğurlanmışdı. Sürücünün marketlərdən birinin önündə saxlayıb və avtomobili işlək vəziyyətdə qoyaraq marketə daxil olması oğruların işini asanlaşdırmışdı. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR