Vahid Əziz BDU-da - FOTO

Vahid Əziz BDU-da - FOTO
18:53 15 Mart 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində tanınmış şair və tərcüməçi, AYB-nin və Jurnalistlər Birliyinin üzvü Vahid Əzizlə görüş keçirilib.

BDU-nun mətbuat xidmətindən Publika.az verilən məlumata görə, görüşdə fakültə rəhbərliyi, müəllimlər və tələbələr iştirak edib. Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov şairin həyat və fəaliyyətindən, bu görüşün bədii yaradıcılıqla məşğul olan tələbələr üçün xüsusi əhəmiyyətindən bəhs edib. Professor Tofiq Hüseynoğlu, professor Cəlil Nağıyev, dosent Məti Osmanoğlu, dosent Həqiqət Abdıyeva görkəmli şairin fərdi yaradıcılıq üslubundan danışıblar.

Şair belə bir tədbirin təşkil edilməsinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib və bu görüşün onda olduqca gözəl təəssürat oyatdığını qeyd edib. V.Əziz tələbə və müəllimlərin suallarını cavablandırıb, yaradıcılığı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib, öz şeirlərini oxuyub.

Tədbirdə Filologiya fakültəsinin tələbələri Adilə Hacılı, Zərifə Həmzəyeva, Nigar Cəfərzadə, Rəhiməxanım Mürvətova və Nərminə Fazilova müəllifin şeirlərini səsləndiriblər.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/191497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR