ASAN Könüllüləri işğaldan azad edilən kənddə - FOTO

ASAN Könüllüləri işğaldan azad edilən kənddə - FOTO
19:03 15 Mart 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

“ASAN Könüllüləri” torpaq çərşənbəsini Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirib.

Səfər zamanı könüllülərə məlumat verilib ki, ötən il uğurlu aprel əməliyyatlarından sonra Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşayışı mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtmasına zəmin yaranıb, həmin ərazilərdə yenidənqurma işlərinə start verilib. Daha sonra könüllülər Cocuq Mərcanlıda aparılan bərpa və yenidənqurma işləriylə yaxından tanış olublar.

Həmçinin ön cəbhədə düşmənlə üz-üzə vətənin keşiyində dayanan əsgərlərin iştirakıyla könüllülərin ifasında kiçik konsert proqramı təşkil olunub, “Əsgərə Məktub” layihəsi çərçivəsində vətəndaşların ünvanladıqları təşəkkür məktubları onlara təqdim olunub. Daha sonra Cocuq Mərcanlı əhalisinin daha çox məskunlaşdığı Qazaxlar kəndindən olan balacalara “ASAN məktub” yazdırılıb. Balacalar öz istək və arzularını “ASAN məktub” vasitəsilə vətəndaşlara ünvanlayıblar.

Səfərin sonunda “Yaşıl ASAN” təşəbüssünün “Qarabağa Doğru” layihəsi çərçivəsində ərazidə müxtəlif ağaclar əkilib.








Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR