Medvedevin müavini Polad Bülbüloğlunu namizədliyini DƏSTƏKLƏDİ

Medvedevin müavini Polad Bülbüloğlunu namizədliyini DƏSTƏKLƏDİ
19:05 15 Mart 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya baş nazirinin müavini Olqa Qolodets Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktor vəzifəsinə namizədliyini dəstəkləyib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Rusiya baş nazirinin müavini Olqa Qolodets TASS-a açıqlamasında bildirib ki, Polad Bülbüloğlu gözəl insan və ictimai xadimdir.

"O, dünya mədəniyyəti, onun inkişaf tarixi haqqında dərin məlumat sahib olması ilə fərqlənir. O, hər bir milli mədəniyyətin dəyərini incəliklə hiss edir".

Bundan başqa bir müddət əvvəl Rusiyanın elm və mədəniyyət xadimləri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə layiqli namizəd olduğunu bildiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR