"Prezident İlham Əliyevin Fransaya səfəri çox uğurlu və səmərəli səfərlərdən biridir"

"Prezident İlham Əliyevin Fransaya səfəri çox uğurlu və səmərəli səfərlərdən biridir"
19:22 15 Mart 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

"Prezident İlham Əliyevin Fransaya səfəri dövlət başçısının çox uğurlu və səmərəli səfərlərindən biridir".

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində həm iqtisadi, həm də siyasi məsələlərlə bağlı çoxsaylı görüşlər keçirilib: "Dövlət başçısı Fransa prezidenti ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin qəti və dəyişməz olduğunu bir daha vurğuladı. Bəyan etdi ki, Azərbaycanın məqsədi torpaqlarını işğaldan azad edib ərazi bütövlüyünü bərpa etməkdir. Dövlət başçısı qeyd etdi ki, Fransa bu məsələdə öz ədalətli mövqeyini ortaya qoya bilər. Çünki Fransanın Ermnənistanı idarə edən diaspor təşkilatlarına və Ermənistan dövlətinə təsir vasitələri var. Prezident İlham Əliyev bildirdi ki, əgər Ermənistan danışıqlardan yayınsa, Azərbaycan güc tətbiq etməklə torpaqlarımızı işğaldan azad etməyə məcbur olacaq. Bu da arzuolunmazdır".

E.Məmmədov deyib ki, səfər çərçivəsində dövlət başçısının iş adamları ilə keçirdiyi görüşlər də iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə yeni imkanlar açacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR