Daş bazarında əl qumbarası tapıldı

Daş bazarında əl qumbarası tapıldı
19:33 15 Mart 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərtər şəhərinin Daş bazarı adlanan ərazisinə baxış keçirilib, 1 ədəd F-1 əl qumbarası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Bu barədə Publika.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, ANAMA tərəfindən 500 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik yanvarın 1-dən martın 15-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 5 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirib, 1 991 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 7 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 1 209 792 kv.m ərazi (463 964 kv.m əl, 321 600 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 311 228 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR