"Barselona" azarkeşlərinə şad xəbər:

"Barselona"nın yarımmüdafiəçisi Andres İnyesta klubla olan müqavilə müddətini artırmağa yaxındır.

Metbuat.az İspaniyanın "Marca" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında sazişin bütün detalları artıq razılaşdırılıb. Məsələnin iyun ayının sonunda rəsmiləşəcəyi gözlənilir.

İnyestanın yeni müqaviləsi iki il müddətinə nəzərdə tutulacaq. Klub rəhbərliyi kapitanın oyunundan razı qalarsa, müddətin sonunda saziş daha bir il uzadıla bilər.

Müqavilənin şərtlərinə əsasən, Andres İnyesta karyerasını bitirdikdən sonra "Barselona"nın akademiyasında çalışacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR