Tanınmış rəqqasənin 3 illik sevgilisi EVLİ ÇIXDI - FOTO

Tanınmış rəqqasənin 3 illik sevgilisi EVLİ ÇIXDI - FOTO
20:27 15 Mart 2017
117 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur oriental rəqqasə Asenanın uzun müddətdir birgə yaşadığı Həsən Dərənin evli olduğu üzə çıxıb.

Milli.Az gazetevatan-a istinadən xatırladır ki, Asena keçən həftə qonaq olduğu "Duymayan Kalmasın" verilişində, "3 ildir bir boksçu ilə bir yerdəyəm. Aslan parçasıdır" demişdi. Asenanın sevgilisinin kim olduğu və digər maraqlı həqiqətlərin üstü açılıb. 

Sevgilisi ortaya çıxan Dərənin, eyni zamanda uzun müddətdir evli olduğu öyrənilib.

Müğənni Deniz Gençay Star TV-də yayımlanan sözügedən verilişdə canlı yayım zamanı gözyaşları içində "Asena 5 il birlikdə olduğum Həsəni əlimdən aldı. Onları Semiha Yankı tanış edib. Həsən məndən istifadə etdi, restoranı mənim sayəmdə böyütdü", - deyib. 

Canlı yayıma qoşularaq Deniz Gençayla mübahisə edən Semiha Yankı "Həsən ilə Asenanın eşqinin memarı mənəm, amma Həsən Denizdən ayrıldıqdan 4 ay sonra Asenayla tanış oldu. Həsən uşağının anasından uzun müddətdir ayrılıb. Yaxın vaxtlarda boşanıb Asenayla evlənəcək" , sözlərini işlədib.

Qeyd edək ki, Həsən Dərə Almaniyada "Gramofon" adlı restoran işlədir.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR