Ronaldinyo Qəbələ" ilə müqavilə imzaladı

Ronaldinyo Qəbələ" ilə müqavilə imzaladı
21:23 15 Mart 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur braziliyalı futbolçu Ronaldinyo ilə "Qəbələ" İdman Klubu arasında müqavilə imzalanıb.

Publika.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutan tədbirdə "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov iştirak edib.

Sözləşməyə əsasən, ulduz futbolçu "Qəbələ" klubunun dəstəyi ilə Bakıda Futbol Akademiyası açacaq.

F.Nəcəfov bu müqavilə ilə dünya futboluna töhfə vermək istədiklərini bildirib: "Futbol dünyada və Azərbaycanda elə bir səviyyəyə çatıb ki, ictimai bir tədbirə çevrilib. Biz də Ronaldinyonun vasitəsi ilə həm Azərbaycan, həm də "Qəbələ" adına töhfə vermək istəyirik. Hər kəsə təşəkkür edirəm".

Altı yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimi ilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.

Eyni zamanda, Azərbaycan regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, “Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq.

Qeyd edək ki, Ronaldinyonun doğulub boya-başa çatdığı Portu Aleqri şəhərində, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Ronaldinho Soccer Academy" fəaliyyət göstərir. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/191514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR