Bakı metrosundakı tüstülənmənin qarşısı alındı -

Fövqəladə Hallar Nazirliyi Bakı metropolitenində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Metbuat.az-ın məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı Metropoliteninin 28 may stansiyasından Gənclik stansiyasına gedən tuneldə tüstülənmə olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, operativ tədbirlər nəticəsində tüstülənmənin mənbəyi aşkar edilib və qarşısı alınıb.

Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR