Bu mövsüm ən çox qayda pozuntusuna məruz qalan futbolçular

Bu mövsüm ən çox qayda pozuntusuna məruz qalan futbolçular
22:12 15 Mart 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

Bu mövsüm Avropanın aparıcı çempionatlarında oynayan futbolçulardan ən çox kobudluğa Neymar məruz qalıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Barselona"nın braziliyalı ulduzuna qarşı Primerada 99 dəfə qayda pozulub. İkinci yerdə "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazardır. Rəqiblər onun qarşısını 75 dəfə kobudluqla alıblar. Sonrakı yerdə 50 dəfə qayda pozuntusuna məruz qalan Lionel Messidir.

İngiltərə Premyer Liqasında 2014/15 mövsümündən aparılan qayda pozuntularının statistikası Hazarın 258 dəfə qayda pozuntusuna məruz qaldığını göstərir. O, "Kristal Pelas"dan Uilfrid Zaha (210) və "Liverpul"un hücumçusu Sadyo Maneni (195) qabaqlayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR