Xanımların diqqətinə: Kişilər belə qadınlarla evlənmək istəyir

Xanımların diqqətinə: Kişilər belə qadınlarla evlənmək istəyir
22:37 15 Mart 2017
777 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kişilərin qadınların hansı xüsusiyyətlərinə heyran qaldığını hər kəs bilmək istəyir. Kişilərin necə qadınlardan xoşlandığı bütün xanımlara maraqlıdır. Bəs görəsən kişilər hansı qadınlarla evlənmək istəyirlər? Milli.Az lent.az-a istinadən bu mövzu ilə bağlı bir çox məlumatlarla sizi tanış edir.

Özünə inamı olan qadınlar
 
Özünəinam çoxbilmişlik həddinə çatmadığı təqdirdə bu xüsusiyyət kişilər üçün çox əhəmiyyətli bir meyardır. Daxil olduğu hər mühitdə sərbəst fikrini söyləyə bilən, kiminsə nəsə deməsini düşünməyən qadınlar kişiləri təsirləndirir.
 
Praktik qadınlar
 
Qarşısına çıxan problemləri praktik üsullarla həll edə bilən qadınlara kişilər heyranlıqla baxır. Xüsusilə son dövrlərdə şahzadə rolu oynayan qadınlardan kişilər çox sıxılıb. Kişilər şahzadə rolunu oynayan qadınları səs-küyçü və qətiyyətsiz hesab edirlər.
 
Baxımlı qadınlar
 
Baxım dedikdə ağlınıza davamlı makiyaj edən qadın modeli gəlməsin. Artıq kişilərin çoxu təbiiliyə üstünlük verir. Təbiilik dedikdə baxımlı, təmiz və diqqətli qadınlar nəzərdə tutulur.
 
Zərif ruhlu və həssas qadınlar
 
Əsəbi rəftarlar kişiləri ən çox ehtiraslandıran hərəkətlərdən biridir. Cinsəllik mövzusunda kişilərin bundan xoşu gəlsə də, insani münasibətlərdə sadəlövh rəftar sərgiləyən qadınlardan təsirlənirlər. Ciddi, ağıllı və onunla birlikdə istənilən mühitə qatıla bilən qadınlar kişilər üçün idealdır.
 
Uşaq ruhlu qadınlar
 
Kişinin etdiyi sürprizlər qarşısında qadının simasında yaranan uşaq təbəssümü və sevinci kişilərin çox xoşuna gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/526352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR