Naməlum ağ toz “Borussiya”nı təşvişə saldı

Naməlum ağ toz “Borussiya”nı təşvişə saldı
23:34 15 Mart 2017
71 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Dortmund “Borussiya”sının ofisində qısamüddətli təşviş yaranıb. Apasport.az saytının məlumatına görə, buna ofisə göndərilmiş içində ağ naməlm toz olan zərf səbəb olub.

 

Alman mətbuatında yer alan məlumatda qeyd edilib ki, yerli vaxtla saat 16 radələrində ofisə şübhəli zərf gəlməsi ilə bağlı polisə məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları şübhəli zərfə toxunduğu ehtimal edilən işçiləri tibbi müayinəyə göndərib.

 

Analizlərin nəticəsi isə qısa müddətdə məlum olub. Polis bildirib ki, zərfin içindəki pudra şəkəri imiş.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR