Tramp məşhur reperi həbsxana ilə hədələdi

ABŞ prezidenti Donald Tramp bu səfər məşhur reper Snup Doqqu hədəf alıb.

Metbuat.az-ın məlumatına görə, Tramp klipində onu klouna bənzədən və başına silah dayayan Snup Doqqu həbsxana ilə hədələyib. Prezident "Twitter"dəki paylaşımında qeyd edib: "Karyerası enişdə olan Snup Doqq Obamaya silah dayasaydı, hay-küy qopardı. Həbs zamanıdır!"

Qeyd edək ki, Snup Doqq "Lavender" mahnısına çəkdiyi klipdə Trampı təqlid edən klounun başına silah dayamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR