"Matrisa" yenidən çəkilir

"Matrisa" yenidən çəkilir
23:57 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Warner Bros." kinostudiyası Kianu Rivzin baş rolda şəkildiyi məşhur "Matrisa" filminin davamını çəkəcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, filmin əvvəlki ssenari müəllifi və rejissoru olan Vaçovski qardaşlarının (cinsiyyətlərini dəyişdikdən sonra Vaçovski bacıları adlanırlar - red.) remeykin istehsalında iştirak edib-etməyəcəyi bəlli deyil.

Hazırda "Sense8" serialının ikinci mövsümü üzərində çalışan Vaçovskilər filmin prodüseri Coel Silver ilə gərgin münasibətdədirlər. Kinostudiyaya filmin davamının çəkilməsi ideyasını da məhz o verib.

Qeyd edək ki, filmin ssenarisinin Zak Penn tərəfindən yazılacağı deyilir. Aktyor kimi isə Maykl Bakari Cordanla danışıqlar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/526495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR