FED ilin sonuna kimi uçot dərəcəsini daha iki dəfə artıracaq

Daha öncə xəbər verdiyimiz kimi, Federal Ehtiyatlar Sistemi (FED) son üç ay ərzində ikinci dəfə uçot dərəcəsini 0,25% artırıb.

Açıq Bazar Əməliyyatları üzrə Komitənin son iclasından belə bir qərarın çıxması maliyyə bazarlarında heç də qeyri-adi qarşılanmayıb. Çünki gedişatın bu yöndə olacağı gözlənilirdi. Ancaq bu da son deyil.

Metbuat.az CNBC-ə istinadən bildirir ki, FED-in cari ilin gedişində daha iki dəfə uçot dərəcəsini qaldıracağı gözlənilir.

Mütəxəssislərin təxminlərinə görə, növbəti artımlar iyun və dekabr aylarına təsadüf edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR