"Barselona" Sampaolini baş məşqçi postunda görmək istəmir

"Barselona"nın baş məşqçisi Luis Enrike mövsümün sonunda komandadan ayrılacaq. Artıq indidən mətbuatda katalanların növbəti baş məşqçisinin kim olacağına dair müxtəlif şayiələr gəzir.

Metbuat.az İspaniyanın "Marca" nəşrinə istinadən xəbər verir ki, "Barselona" adı tez-tez "blauqrana" ilə birgə hallanan Xorxe Sampaolinin xidmətində maraqlı deyil. Qazandığı uğurlara baxmayaraq, klub rəhbərliyi argentinalını heç vaxt Luis Enrikenin əsas alternativi qismində görməyib. Burada Sampaolinin komandaya yaxından bələd olmaması əsas faktordur. "Barselona" Xerardo Martino ilə yaşanan çətinliklərin yenidən təkrarlanmasını istəmir.

Mənbənin məlumatına görə, "Barsa"nın baş məşqçi postuna əsas namizədlər Luis Enrikenin köməkçisi Xuan Karlos Unsue və hazırda Bilbao "Atletik"ini çalışdıran Ernesto Valverdedir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR