Maliyyə nazirinə bomba göndərildi -

Almaniyanın maliyyə naziri Volfqant Şoybleyə içərisində partlayıcı qurğu olan bağlama göndərilib.

Metbuat.az "Deutsche Presse-Agentur"a istinadən xəbər verir ki, bu gün səhər saatlarında nazirliyin təhlükəsizlik əməkdaşları X-ray aparatının köməkliyilə şübhəli bağlama aşkarlayıblar. Daha sonra hadisə yerinə mütəxəssislər cəlb olunub. Nəticədə bağlamada partlayıcı qurğu olduğu dəqiqləşib. Qurğu dərhal zərərsizləşdirilib.

Bağlamanın Yunanıstandan göndərildiyi ilə bağlı ehtimallar irəli sürülüb.

Hazırda hadisə ilə əlaqədar genişmiqyaslı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR