Bu ölkədə yenidən fövqəladə vəziyyət elan edildi

Bu ölkədə yenidən fövqəladə vəziyyət elan edildi
01:24 16 Mart 2017
171 Digər
Ölkə mətbuatı
A- A+

Venesuela prezidenti Nikolas Maduro yenidən ölkədə 60 günlük fövqəladə iqtisadi vəziyyətin tətbiq edilməsi haqqında qərar qəbul edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela hökumətinin yaydığı açıqlamada bildirilir.

 

Məlumata əsasən, fövqəladə vəziyyətin tətbiqi ölkə vətəndaşlarının təhsil, səhiyyə, əmlak və s. sosial hüquqlarının müdafiəsinə yönəlib. Venesuelada fövqəladə iqtisadi vəziyyət rejiminin müddəti ardıcıl olaraq 6-cı dəfədir ki, uzadılır.

 

Qeyd edək ki, son illər dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Venesuelada siyasi və iqtisadi böhrana səbəb olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR